"Sumqayıt" dövrələrarası fasilədə növbəti futbolçunun keçidini gerçəkləşdirib.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Avropa Konfrans Liqasında keçirdiyi 2 oyunda da bir dəfə fərqlənməyi bacarıb.
















