• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Qarabağ”-“Gent” oyununa nə qədər bilet satılıb?

İDMAN

13 Fevral 2023 | 10:54

“Qarabağ”-“Gent” oyununa nə qədər bilet satılıb?

Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”-“Gent” (Belçika) oyununa bilet satışı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq bu oyuna 21 min bilet satılıb.

Qeyd edilir ki, satışda bütün kateqoriyalar üzrə biletlər qalıb. Biletləri Iticket.az və kassalardan ala bilərsiniz. Biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Xatırladaq ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026