• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ” - “Qalatasaray” oyununa bilet neçəyə olacaq?

İDMAN

14 Mart 2023 | 13:45

“Qarabağ” - “Qalatasaray” oyununa bilet neçəyə olacaq?

“Qarabağ” martın 26-da Türkiyənin “Qalatasaray” klubuna qarşı yoldaşlıq oyunu keçirəcək. Matç üçün biletlərin nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, qiymətlər artıq məlumdur. 

Bakıvaxtı.az xəbər verir ki, ən ucuz bilet 3 manata satılacaq. Qarşılaşmanı VIP tribunadan izləmək istəyənlər isə 100 manatlarından keçməli olacaqlar. Bundan başqa sektorlar üzrə 5, 30 və 50 manatlıq biletlər satışa çıxarılacaq.

“Qarabağ” - “Qalatasaray” qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Rəsmi açıqlama verilməsə də, matçın martın 26-da saat 20:00-da start götürəcəyi məlumdur. Görüşdən əldə ediləcək məbləğ Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım fonduna köçürüləcək. /Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026