• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Okan Burukdan “Qarabağ”la oyun haqda AÇIQLAMA

İDMAN

14 Mart 2023 | 23:29 | Müəllif: Subhan Mahmudov

Okan Burukdan “Qarabağ”la oyun haqda AÇIQLAMA

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Qarabağ"la keçiriləcək xeyriyyə matçı ilə bağlı fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, türkiyəli mütəxəssis "CBC Sport"a açıqlamasında azərbaycanlı azarkeşləri oyuna dəcət edib:

"Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım məqsədilə martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçiriləcək dostluq matçında bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada bərabər göstərərik". 

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026