• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Zəkiyev növbəti dəfə qızıl medala sahib oldu

İDMAN

14 Mart 2023 | 19:10 | Müəllif: Subhan Mahmudov

İlham Zəkiyev növbəti dəfə qızıl medala sahib oldu

Azərbaycan millisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-pri turnirində növbəti qızıl medala sahib olub.

Bakıvaxtı.az xəbər verir ki, turnirdə 90 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bütün rəqiblərinə qalib gələrək yarışı birinci pillədə başa vurub.

Bu gün “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qalibi Xanım Hüseynova (70 kq) da qızıl medal əldə edib.

Daha sonra Dürsədəf Kərimova (+70 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, ötən gün Namiq Abaslı (73 kq) mötəbər turnirin qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026