• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İbrahimoviç millimizə qarşı oynaya bilər

İDMAN

15 Mart 2023 | 09:43

İbrahimoviç millimizə qarşı oynaya bilər

Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan milliləri ilə oyun üçün İsveç yığmasına çağırıla bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Yanne Andersson istisna etməyib.

O bildirib ki, sonuncu dəfə 2022-ci il martın 29-da Polşaya (0:2) qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə iştirak edən 42 yaşlı futbolçunu bir illik fasilədən sonra milliyə qaytarmağı düşünür: “Zlatan nə zaman sağlamdırsa, hətta meydana çıxmasa belə, öhdəlik və liderlik baxımından göstərdiyi təsirlə bizə çox şey verə bilər”.

İbrahimoviç milli karyerasında ilk rəsmi oyununu 2001-ci il oktyabrın 7-də Azərbaycan yığmasına qarşı keçirib. İsveç seçməsinin 3:0 hesabı ilə qalib gəldiyi həmin görüşdə futbolçu yığmada ilk qolunu vurub.

Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026