• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA üç klubu cəzalandırdı

İDMAN

14 Mart 2023 | 13:54

AFFA üç klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVI turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Kəpəz”lə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Zirə” 800 manat cərimə edilib. Bu görüşdən əvvəl oyun günü planının pozulmasına görə “Kəpəz” 800 manat ziyana düşüb.

“Qəbələ” ilə oyunda azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” 1600 manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026