• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünya çempionatında 48 komanda iştirak edəcək

İDMAN

14 Mart 2023 | 22:34 | Müəllif: Subhan Mahmudov

Dünya çempionatında 48 komanda iştirak edəcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Çempionatda 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Komandalar 12 qrupa bölünəcək.

Qrup mərhələsindən sonra 1/16 finala birinci, ikinci yerlər və qrupda üçüncülüyü qazanmış səkkiz ən yaxşı komanda çıxacaq.Ümumilikdə turnir 104 qarşılaşmadan ibarət olacaq. Turnir 56 gün davam edəcək. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.

2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026