• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” Avropada 3 komandadan biridir

İDMAN

13 Fevral 2023 | 11:30

“Qarabağ” Avropada 3 komandadan biridir

Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik olub.

Bakıvaxtı.az xəbər verir ki, 3 klubun olduğu cədvəldə “Qarabağ” da yer alıb.

“Köhlən atlar” son olaraq Premyer Liqanın XXII turunda “Sabah”la qollu bərabərə qalıb – 1:1. Azərbaycan çempionu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı və Lüksemburq “Svift Hesperange”si də cari mövsüm ölkə çempionatında yenilgi üzü görməyiblər. Bu komandalar arasında ən çox oyunu “Qarabağ” keçirib.

Son olaraq Uelsin TNS klubu 23-cü liqa matçında məğlubiyyətlə üzləşərək, siyahıdan kənarda qalıb.

1. “Qarabağ” (22 oyun): 18 qələbə, 4 heç-heçə

2. “Srvena Zvezda” (Serbiya – 21 oyun): 18 qələbə, 3 heç-heçə

3. “Svift Hesperange” (Lüksemburq – 16 oyun) - 14 qələbə, 2 heç-heçə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026