• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO

HADİSƏ

09 Sentyabr 2024 | 17:50

Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO

Cərrahi əməliyyatdan sonra pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Bakıvaxtı.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlamaqda, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə isə onu köməksiz vəziyyətdə qoymaqda şübhəli bilinib.

Məlumata görə, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.

"Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.


Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026