• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Ustanı qətə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı QƏRAR

HADİSƏ

09 Oktyabr 2024 | 16:12

Ustanı qətə yetirib meyiti soyuducuda gizlədən şəxslə bağlı QƏRAR

Bakıda 26 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, Ali Məhkəmə Elnur Abbasov barəsində çıxarılan hökmü qüvvədə saxlayıb.

    Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən balıq hisləmə zavodunda qeyd alınıb. Zavodda qeyri-rəsmi mühafizəçi işləmiş Elnur Abbasov həmin zavodun 2 saylı sexində usta kimi çalışmış Mübariz Rəsulova aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri yetirərək xüsusi amansızlıqla öldürüb. O, sonra törətdiyi cinayətin izlərini gizlətmək məqsədilə hadisə yerini təmizləyərək meyiti sexdəki soyuducuya qoyub.

    Aparılan istintaqla cinayətin Elnur Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilməsinə baxmayaraq, onun ölkə ərazisini tərk etməsi səbəbindən cinayət məsuliyyətinə cəlb olunması mümkün olmayıb və barəsində axtarış elan edilib.

    2022-ci il iyulun 1-də Elnur Abbasova 1998-ci ildə qüvvədə olan Cinayət Məcəlləsi ilə yenidən ittiham elan edilib və saxlanılıb. O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.


    SON XƏBƏRLƏR