• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

"Türkiyə ikilistandartları ifşa etməyə davam edəcək" - Fahrettin Altun 

DÜNYA

09 Oktyabr 2024 | 16:22

Türkiyə ikilistandartları ifşa etməyə davam edəcək - Fahrettin Altun 

"Türkiyə İsrailin hücumlarını dünyaya çatdırmağa davam edəcək".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Kommunikasiya Direktoru Fahrettin Altun deyib.

Onun sözlərinə görə, İsrail Qərb mediası və hökumətlərinin dəstəyi ilə həqiqəti yatırtmaq üçün jurnalistlərə qarşı sistematik zorakılıq kampaniyası aparır.

"Qəzzada 200-ə yaxın jurnalistin öldürüldüyü bir vaxtda səssiz qalan qlobal şəbəkənin ikilistandartlarını ifşa etməyə davam edəcəyik. Qəzzada rabitə kanallarını açıq saxladığımız kimi, İordan çayının qərb sahilində, Qüdsdə və Livanda da bunu edəcəyik və İsrailin hücumlarını dünyaya çatdırmağa davam edəcəyik", - deyə Altun bildirib.

Gülşən Şərif


 


SON XƏBƏRLƏR