• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Günel Zeynalova: "Qadınlar kimsənin kefinə və şiddətinə boyun əymədən yaşamalıdır"

ŞOU

09 Oktyabr 2024 | 16:42

Günel Zeynalova: Qadınlar kimsənin kefinə və şiddətinə boyun əymədən yaşamalıdır

Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi instaqram hesabında Türkiyədə qətlə yetirilən Ayşenur Halil və İkbal Üzünerdən yazıb.

Onların şəkillərini paylaşan ifaçı bu cinayəti törədənlərin qanun qarşısında cavab verməli olduqlarını bildirib:

"Onlar sadəcə ad rəqəm və statistika deyil. Bu gülüşləri yarım qoyanlar hesab vermədikcə heç birimizə hüzur yoxdur. Qadınlar kimsənin kefinə və ya şiddətinə boyun əymədən, qorxusuz yaşamalıdır. Qadınların həyatları, haqqları və xəyalları kimsənin insafına buraxılmamalıdır".

Qeyd edək ki, 4 gün əvvəl Türkiyədə ağır cinayət hadisəsi baş verib.

İstanbulda Semih Çelik adlı şəxs özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edib./BAKU.WS 


SON XƏBƏRLƏR