• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Pakistan-Əfqanıstan sərhədində TOQQUŞMA

DÜNYA

09 Oktyabr 2024 | 17:26

Pakistan-Əfqanıstan sərhədində TOQQUŞMA

Pakistanın Bəlucistan əyalətində Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurma baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. 

Pakistan milli mətbuatının yüksək səviyyəli təhlükəsizlik mənbələrinə əsaslanan xəbərinə görə, Bəlucistan əyalətinin Nuşki bölgəsində sərhəddə məftil hasarını təmir edən əsgərlərlə Əfqanıstan sərhəd qüvvələri arasında atışma olub. 

Mənbələr Əfqanıstan sərhəd qüvvələrinin çoxlu itki verdiyini iddia etsə də, hər iki ölkədən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Əli Hüseynov


SON XƏBƏRLƏR