• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Kaliforniyada meşə yanğınları: 132 bina dağılıb

DÜNYA

08 Noyabr 2024 | 17:15

Kaliforniyada meşə yanğınları: 132 bina dağılıb

ABŞ-nin Kaliforniya ştatında güclü külək səbəbindən nəzarət altına alına bilməyən meşə yanğını nəticəsində 132 bina xarabalığa çevrilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, meşə yanğını dünəndən etibarən təxminən 83 kvadrat kilometr əraziyə yayıldıqdan sonra Kaliforniya qubernatoru Gavin Nyusom Venturada fövqəladə vəziyyət elan edib.

Cənubi Kaliforniya Edison şirkəti tərəfindən edilən açıqlamada, artan risk səbəbiylə 5 rayonda təxminən 70 min müştərinin elektrik enerjisinin kəsildiyi bildirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025