• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Türkiyədən Suriya ilə bağlı AÇIQLAMA

DÜNYA

08 Dekabr 2024 | 14:51

Türkiyədən Suriya ilə bağlı AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Rusiya və İranın Suriyada nizamlanma məsələlərində konstruktiv yanaşmalarını yüksək qiymətləndirdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə mətbuat konfransında bildirib.

"Dünən Suriyanın gələcəyi üçün mühüm gün idi. Astana formatı ölkələri - Türkiyə, Rusiya, İran son hadisələri müzakirə etmək üçün bir araya gəldilər. Biz Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bizimlə idi. Bu ölkələrə konstruktiv yanaşmalarına görə təşəkkür edirik. Biz amerikalılarla da müzakirələr aparırıq, Suriya məsələsində regional və beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcəyik”, - deyə Fidan bildirib. 

O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan Suriya hakimiyyətinə münasibətlərin normallaşması üçün təkliflər irəli sürüb.

"Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir", - deyə Türkiyə XİN rəhbəri qeyd edib. 


SON XƏBƏRLƏR

18 Aprel 2025