• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Əsədin qaçmasına Rusiyadan reaksiya: Özü tapşırıb!

DÜNYA

08 Dekabr 2024 | 16:47

Əsədin qaçmasına Rusiyadan reaksiya: Özü tapşırıb!

Prezident Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib", - XİN məlumatda bəyan edib.

Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.

Bəşər Əsədin harada olduğu isə bilinmir. Onu Suriyadan aparan Rusiya İl-76 təyyarəsinin qəzaya uğradığı və Əsədin öldüyü xəbərləri də yayılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025