• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Dəməşqdə komendant saatı və böyük əfv elan edildi

DÜNYA

08 Dekabr 2024 | 17:00

Dəməşqdə komendant saatı və böyük əfv elan edildi

Suriyanın paytaxtı Dəməşqdə yeni müxalif hökumət komendant saatı tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qadağa yerli vaxtla 16.00-05.00 arasında tətbiq olunacaq.

Qeyd edilib ki, Dəməşqdə nəzarəti ələ keçirən və Əsəd rejimini devirən müxaliflər həbsxanalardakı məhbusları azad ediblər. Müxaliflər xaricdəki suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Suriya Müvəqqəti Hökumətinin rəhbəri Əbdürrəhman Mustafa verdiyi açıqlamada ölkədə ümumi amnistiya qərarının elan edildiyini bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2025