• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda bu qanunla bağlı vəsatət təmin edilməyib

DÜNYA

09 Oktyabr 2024 | 14:08 | Müəllif: Əli Hüseynov

Gürcüstanda bu qanunla bağlı vəsatət təmin edilməyib

Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı ölkə prezidentinin və müxalifətin vəsatətini təmin etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Konstitusiya Məhkəməsi məlumat yayıb.

Bundan başqa, məhkəmə təqdim olunmuş iddiaları məqbul sayıb və həmin iddiaların mahiyyəti üzrə müzakirələr aparılacaq.

Qeyd olunub ki, bu gün açıqlanan qərardad bir neçə hakimin fərqli fikirləri ilə müşayiət olunub.

Qeyd edək ki, prezident Salome Zurabişvili həmin qanunu təsdiq etməmişdi. Bundan sonra parlamentin sədri qanuna müvafiq olaraq həmin qanunu təsdiqləmişdi.

Ölkə prezidenti, müxalif siyasi partiyalar və qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi və ya fəaliyyətinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026