• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

CƏMİYYƏT

09 Oktyabr 2024 | 16:53

Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə keçiriləcək yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da 11:00-da isə Şuşa şəhərindəki Şuşa hotelində keçiriləcək.

Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 400-dən çox vakansiya təqdim ediləcək, onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.


Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcəkLaçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026