• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Şuşada əl işləri sərgisi açılıb

CƏMİYYƏT

08 Noyabr 2024 | 14:59 | Müəllif: Əli Hüseynov

Şuşada əl işləri sərgisi açılıb

8 Noyabr - Zəfər Günü münasibətilə ilə Şuşa şəhərində əl işləri sərgisi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, güllü bağda baş tutan tədbirdə şəhər sakinlərinin əl işləri sərgilənib.

    Açıq hava şəraitində keçirilən sərgidə milli geyimlər, kulinariya nümunələri və digər əl işləri nümayiş etdirilib.

    Sərgidə sakinlər, şəhid ailələri üzvləri, müharibə iştirakçıları və şəhər rəsmiləri iştirak edib.

    Ağdam, Füzuli və Xocavənd rayonlarında isə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən Zəfər Günü münasibəti ilə hazırlanan tədbirlər planına əsasən öncə ağacəkmə aksiyası təşkil edilib.

    Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyinin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər.

    Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Sentyabr 2026