• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb

İQTİSADİYYAT

09 Oktyabr 2024 | 14:31

Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşımaların həcmi 70 % artaraq 3,4 milyon tona çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev “APM Terminals Poti” şirkətinin baş direktoru Kristian Ryöder ilə keçirdiyi görüşdə bildirib.

Orta Dəhlizin inkişafına toxunan M.Karabayev konteyner daşımalarının artdığını bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayında konteyner daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəfə artaraq 34,6 min TEU-ya çatıb. Həmçinin yanvar-avqust aylarında Çindən konteynerlərin tranziti 20 dəfədən çox artıb.

"Tərəflər Qazaxıstan və “APM Terminals” şirkəti arasında nəqliyyat əlaqələrini gücləndirəcək, həmçinin TBNM üzrə konteyner daşımalarının artımını təmin edəcək gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər", - məlumatda vurğulanıb.

Qara dəniz sahilində əsas nəqliyyat qovşağı olan “APM Terminals Poti| Poti Sea Port Corporation” Gürcüstanın Poti şəhərində yerləşir.

Məlumata görə, oktyabrın 9-da keçirilən görüşdə TBNM çərçivəsində yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı əsas müzakirə mövzusu olub.


SON XƏBƏRLƏR