• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Özbəkistanda  növbədənkənar səsvermə keçiriləcək 

DÜNYA

09 Oktyabr 2024 | 15:40

Özbəkistanda  növbədənkənar səsvermə keçiriləcək 

Özbəkistanda Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Bakıvaxtı.az Özbəkistanın UzA xəbər agentliyinə istinadən xəbər verir ki, iclasda müzakirə edilən məsələlər arasında növbədənkənar səsvermənin təşkili, əlilliyi olan şəxslərin seçki hüquqlarının təmin edilməsi ilə bağlı əlavə tədbirlər, xarici ölkələrdən olan müşahidəçilərin akkreditasiyası olub.

Məlumatda bildirilib ki, iclasda  16-23 oktyab tarixlərində  növbədənkənar səsvermənin təşkili haqqında Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edilib. Həmçinin, növbədənkənar  səsvermənin iş günləri ərzində səhər doqquzdan axşam altıyadək, istirahət günləri isə saat 11:00-dan 17:00-dək keçiriləcəyi qeyd edilib.

İclasda seçkilərin açıq və şəffaf,  beynəlxalq norma və tələblərə uyğun keçirilməsi üçün beynəlxalq müşahidəcilər və media nümayəndələri seçkilərdə iştirak edəcəyi diqqətə çatdırılıb.

Məlumata görə, prosesdə iştirak etmək üçün Türkdilli Dövlətlərin Parlament Assambleyasının 19 nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının, o cümlədən, MDB Parlamentlərarası Assambleyasının, bir çox ölkələri eləcə də 12 yerli KİV-in nümayəndəsi akkreditasiyadan keçib.

Əli Hüseynov
 


SON XƏBƏRLƏR