• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Kanadaya nota verdi

DÜNYA

08 Noyabr 2024 | 15:05 | Müəllif: Əli Hüseynov

Rusiya Kanadaya nota verdi

Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

    Bildirilib ki, kanadalı diplomata NATO ölkələrinə qarşı nəzərdə tutulan təxribat ittihamları ilə bağlı nota təqdim edilib.

    Diplomata bildirilib ki, ABŞ və onun satellitlərinin təhriki ilə koordinasiyalı şəkildə yayılan bu fərziyyələr Rusiyaya qarşı açılmış hibrid müharibə və Kiyev rejimini müasir silahlarla gücləndirmək, habelə Kanadadan olan muzdluların iştirakı kontekstində Castin Trudo hökumətinin xeyir-duası ilə Kiyev rejiminin tərəfində döyüşlərdə anti-Rusiya təxribatının ehtimal hazırlığını göstərir.

    Kanada tərəfinə bildirilib ki, Rusiyaya qarşı hər hansı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq. Kanada hakimiyyəti ehtiyatlı davranmalı və Rusiya ilə qarşıdurmanı dərinləşdirən zərərli addımlardan çəkinməlidir", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026