• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Xəbərdarlıq: Milton qasırğası böyük ziyan vuracaq

DÜNYA

09 Oktyabr 2024 | 16:34

Xəbərdarlıq: Milton qasırğası böyük ziyan vuracaq

ABŞ-nin Florida ştatında qırmızı həyəcana səbəb olan və 5-ci kateqoriya səviyyəsinə çatan Milton qasırğasının sığorta sektoruna 60 milyard dollar ziyan vuracağı gözlənilir.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Kanadada yerləşən qlobal investisiya bankı "RBC Capital Markets" açıqlama yayıb.

Bildirilib ki, Floridanın Körfəz sahillərinə çatacaq qasırğa 2022-ci ildəki İan qasırğası qədər dağıdıcı ola bilər. Milton qasırğasının çərşənbə gecəsi və ya cümə axşamı Florida körfəzi sahillərinə çatacağı gözlənilir. Qasırğanın yaradacağı təhlükəyə qarşı bir milyondan çox insan evakuasiya əmri altındadır.

Açıqlamada qasırğadan ən çox təsirlənən bölgələrin 3-4,5 metrə qədər su altında qala biləcəyi və böyük okean dalğalarına səbəb ola biləcəyi proqnozlaşdırılıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR