• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Paşinyana cinayət işi açılması tələb olundu

DÜNYA

09 Oktyabr 2024 | 18:21

Paşinyana cinayət işi açılması tələb olundu

“Biz Paşinyana qarşı cinayət işinin başlanmasını tələb edirik”.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə arxiyepiskop Baqrat Qalstanyan oktyabrın 9-da Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı bildirib.

“Bir çox cinayətlərdə günahkar olan Ermənistanın baş nazirinə qarşı prosesə başlamaq lazımdır, bu gün biz ölkədə bir qurumun dövlətə xidmət etmədiyini başa düşərək, iki işi Baş Prokurorluğa verməliyik. İkinci tələb isə müstəqillik elanı müddəalarına görə Konstitusiya Məhkəməsinin qərarı ilə əlaqədar cinayət işinin açılmasıdır”, - deyə Qalstanyan qeyd edib.


SON XƏBƏRLƏR