• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Kloppun yeni iş yeri AÇIQLANDI

İDMAN

09 Oktyabr 2024 | 14:00

Kloppun yeni iş yeri AÇIQLANDI

İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp özünə yeni iş tapıb.

Bakıvaxtı.az "Sky Sport"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull" şirkətində futbol bölməsinin rəhbəri olub.

Y.Klopp "Leyptsiq", "Zaltsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Onunla uzunmüddətli müqavilə bağlandığı qeyd edilir.

O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-də başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq hüququna malik olacaq.

Qeyd edək ki, 2015-ci ildən "Liverpul" komandasına rəhbərlik edən Y.Klopp ötən mövsümün sonunda postundan ayrılıb.


SON XƏBƏRLƏR