• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yeni təyin olunan hakimlər and içiblər

CƏMİYYƏT

09 Oktyabr 2024 | 16:45

Yeni təyin olunan hakimlər and içiblər

Azərbaycan Ali Məhkəməsi Plenumunun iclasında təyinat alan yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə and içiblər.

Bu barədə Bakıvaxtı.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.


Yeni təyin olunan hakimlər and içiblərYeni təyin olunan hakimlər and içiblərYeni təyin olunan hakimlər and içiblər
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026