• Bakı 20° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8641

    RUB - 0.0176

Robert Fitsoya qarşı sui-qəsd terror aktı hesab edilməyib

DÜNYA

09 Oktyabr 2024 | 17:08

Robert Fitsoya qarşı sui-qəsd terror aktı hesab edilməyib

Slovakiya Ali Məhkəməsi Baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı hesab etməyib.

Bakıvaxtı.az Slovakiya mediasına istinadla xəbər verir ki, Ali Məhkəmə işə yenidən baxdıqdan sonra prokurorluğun sui-qəsdə yanlış təsnifat verdiyi qənaətinə gəlib.

Robert Fitsoya atəş açan və istintaq təcridxanasında saxlanılan 71 yaşlı təqaüdçü, yazıçı Yuray Sintula hazırda məhkəmənin hökmünü gözləyir.

Xatırladaq ki, bu il mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Robert Fitsoya sui-qəsd olub. İnsident nəticəsində yaralanan və bir neçə əməliyyat keçirən Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib. /Azərtac


SON XƏBƏRLƏR