Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, o, 93 yaşında vəfat edib.
Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. “Oktyabr inqilabı”, “Əmək Şöhrəti”, “Şöhrət” ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb./Report