• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanınmış müğənni gecə klubundakı partlayışda YARALANIB - FOTO

CƏMİYYƏT

04 Aprel 2022 | 10:39 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış müğənni gecə klubundakı partlayışda YARALANIB - FOTO

Xəbər verdiyimiz kimi, apreln 3-dən 4-nə keçən gecə Bakıda "Location" gecə klubunda güclü partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki. hadisə zamanı yaralananların arasında müğənni Nicat Məhərrəmov da olub. Bu barədə onun özü sosial şəbəkədə bildirib.

"Baş verən partlayış sadəcə bir kabus idi. İnsanların çarəsizliyi, o partlayışın səsi, ümumilikdə yaşanan bu faciə heç bir zaman gözümdən və ağlımdan getməyəcək" deyən müğənni bütün yaralılara Allahdan şəfa diləyb.

"Məni yığıb soruşan, axtaran, arxamca xəstəxanaya gəlib, yanımda olan doğmalarıma, dostlarıma, əzizlərimə təşəkkür edirəm. Allah sizi sevdiklərinizə bağışlasın", - deyə Nicat Məhərrəmov vurğulayıb.

Aytac Aslan


Tanınmış müğənni gecə klubundakı partlayışda YARALANIB - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026