Əməkdar artist Vasif Məhərrəmliyə “Qurd qapısı” restoranında hücum olunub.
Müğənni bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Bakıvaxtı.az olaraq Vasif Məhərrəmli ilə əlaqə saxladıq və o bildirdi ki, hər şey videoda deyildiyi kimidir.
Qeyd etmək lazımdır ki, müğənni əməkdaşımızın “hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi” sualını cavablandırmaq istəməyib.
Qeyd edək ki, müğənni “Qurd qapısı” restoranının rəhbərliyini quldurluqla məşğul olmaqda günahlandırıb və əhalini sözügedən məkana getməməyə çağırıb.
Nuranə Daxilqızı
















