• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çiyələkdən yayılan "Hepatit A": Mütəxəssis bunu absurd sayır

CƏMİYYƏT

02 Iyun 2022 | 18:59 | Müəllif: Qalib İbrahimoğlu

Çiyələkdən yayılan "Hepatit A": Mütəxəssis bunu absurd sayır

Xəbər verdiyimiz kimi, ABŞ və Kanadada müxtəlif səhiyyə agentlikləri mart və aprel aylarında alınan çiyələklərin Hepatit A epidemiyası ilə əlaqəsini araşdırmağa başlayıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçılara Aldi, Kroger, Safeway, Sprouts Farmers Market, Trader Joe's, Walmart və digər böyük şəbəkələr kimi böyük ərzaq mağazalarında satılan FreshKampo və HEB markalarının çiyələkləri barədə xəbərdarlıq edib.

FDA - Kaliforniya, Minnesota və Kanadada aşkarlanan Hepatit A hallarının da bu orqanik çiyələk markaları ilə əlaqəli olduğunu söyləyib. ABŞ-da 15-i Kaliforniya, biri Minnesota və biri Şimali Dakotada da olmaqla, 17 yoluxma aşkar edildiyi və 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. FDA, insanların bu çiyələklərdən alıb soyuducuda donduraraq sonradan istifadə etdiklərini nəzərə alaraq, hər kəsə onları zibil qutusuna atmağı məsləhət görüb.

Tibbi ekspert Rasif Bağırov Bakıvaxtı.az-a bildirib ki, Hepatit A xəstəliyi, adətən, çox ağır xəstəlik hesab olunmur: “Düzdür, kompakt yaşanılan bir yerdə insanlar arasında tez bir zamanda yayıla bilər, ancaq müalicə etdikdə çox asan şəkildə heç bir iz qoymadan keçir. Çox az faiz hallarda ola bilər ki, qaraciyər və digər orqanlarda yüngül bir iz qoysun. Məsələn, çox adam uşaq vaxtı sarılıq keçirir, həmin uşaqların, demək olar, 75-80%-i Hepatit A virusudur. Amma sonra heç bir iz qoymadan keçib gedir və insan öz ömrünü sağlam çəkildə yaşayır”.

Həkim qeyd edib ki, Hepatit A xəstəliyinin ən çox yayılma yolu fekal oral yoludur: “Bağırsaqlarda əmələ gələn virus yavaş-yavaş Hepatit A xəstəliyini yaradır. Adətən, kiçik uşaqlar böyük bayıra gedirlər və bilmədən əllərini müxtəlif nahiyələrinə vurduqdan sonra ağızlarına vururlar. Bu zaman virus keçir. Həmçinin həmin uşaq əlini başqa bir uşağa vurduqda da virus keçir. Ancaq yenə deyirəm, Hepatit A virusunun elə də böyük epidemik rolu yoxdur. Çox kiçik qapalı məkanlarda özünü göstərir, ona görə də, geniş bir arealda yayılacağını güman etmirəm”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, absurd bir şeydir: “Əslində, orqanik toxumları məhv etmək üçün qlobal güclərin böyük bir siyasətidir. Bunlar bütün ölkələrdə toxumları yığıb anbarlarda saxlayırlar. Bu dəqiqə onların funksiyası bütün dünyada olan orqanik toxumları yığıb məhv etmək və hibrit toxumları gündəmə gətirməkdir. Hepatit A xəstəliyinin yayılmasına gəldikdə isə, bu xəstəlik çirkli sular, nəcislə çirklənmiş hər hansı tərəvəz, meyvə vasitəsilə insanlara yoluxa bilər. Burada mövzu çiyələk deyil, sadəcə çiyələyi önə çəkiblər. Çiyələk nəcislə çirkləndiyi zaman Hepatit A yoluxdura bilər. Düşünürəm ki, burda böyük bir oyun var. Bu, qaraciyər virusudur. Mən bunu daha əvvəl də demişdim ki, növbəti oyun sirli qaraciyər oyunudur. Ola bilər, çıxıb desinlər ki, çiyələklər heyvan nəcisi ilə çirklənib, ona görə də, açıq havada yox parnikdə yetişdirilməlidir. Orqanik çiyələkləri məhv etmək üçün hər bir yola əl ata bilərlər”.

A.Salamovun sözlərinə görə, ikinci oyun da çiyələklər heyvan nəcisi ilə çirkləndiyi üçün iribuynuzluları məhv etmək planı ola bilər: “Çünki bunların süni ət ərsəyə gətirmək kimi böyük bir planları var. Süni əti ərsəyə gətirmək üçün də Hepatit A xəstəliyini ortaya atırlar. Zatən bütün müharibələr də ona görədir ki, qıtlıq olsun, qiymətlər bahalaşsın və süni əti ucuz qiymətə sata bilsinlər. Yəni, qaraciyərdə olan sirli xəstəliklər, təbii ki, gəlib iribuynuzlu heyvanların üzərində dayanacaq. Hələlik çiyələklə addım atıblar. Çünki dünyadakı alim və ekspertlər bunların oyununu, hansı addımı atdıqlarını artıq başa düşür”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR