• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Tanınmış xizəkçi faciəvi şəkildə öldü

İDMAN

28 Sentyabr 2022 | 18:58

Tanınmış xizəkçi faciəvi şəkildə öldü

ABŞ-dan olan qadın alpinist və xizəkçi Hillari Nelson bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, 50 yaşlı idmançı Nepalda - dünyanın 8-ci ən hündür zirvəsi olan Manaslu (8156 m) dağında xizək sürərkən yıxılaraq ölüb.

Həmin gün, həmçinin, dağın aşağı hündürlüyündə qar uçqunu səbəbindən yerli bələdçi həlak olub, bir neçə alpinist isə yaralanıb.

Xizəkçinin axtarışları iki gün davam edib. Yalnız sentyabrın 28-də xilasedici helikopter onun cəsədini dağın cənub yamacında tapıb.

Qeyd edək ki, Hillari Nelson 2012-ci ildə hündürlüyü 8000 metr olan 2 zirvəni 24 saata fəth edən ilk qadın olub.


SON XƏBƏRLƏR