• Bakı 25° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

TƏBİB: Gələcəkdə Qarabağın bəzi yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur

CƏMİYYƏT

11 Iyul 2025 | 17:20

TƏBİB: Gələcəkdə Qarabağın bəzi yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur

Gələcəkdə Qarabağın bir sıra digər yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır:

"Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Azad olunan ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir”.


SON XƏBƏRLƏR

11 Iyul 2025