• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Bakı təbii fəlakətlərə qarşı dözümsüzdür

CƏMİYYƏT

22 Oktyabr 2024 | 16:18

Bakı təbii fəlakətlərə qarşı dözümsüzdür

Azərbaycanın Alp-Himalay seysmik qurşağı üzərində yerləşməsi zəlzələr və onların törədə biləcəyi ağır fəlakətlər mövzusunu daim aktual saxlayır.

Ancaq digər təbii fəlakətləri nəzərdən keçirdikdə görürük ki, Bakının baş verə biləcək təbiət hadisələrinə qarşı müqaviməti zəifdir. Buna misal olaraq son günlər yağan davamlı yağışları və onların nəticələrini göstərə bilərik.

Paytaxtın bir çox yerində yağış sularının toplanması, yaşayış massivlərini su basması, tunellərdə 3-5 metr hündürlüyündə suyun yığılması insanlar üçün həyati əhəmiyyətli təhlükələr yaradır. Mövcud mənzərə Bakı ərazisində yol infrastrukturunda və kanalizasiya sistemlərində əsaslı problemlərin olduğunu göstərir.

Əgər gələcək dövrlərdə lazımi addımlar atılmarsa növbəti təbii fəlakətlər zamanı daha ağır və ciddi fəsadların baş verməsi labüd olacaq. Buna görə də adiyyatı qurumlar hərtərəfli addımlar atmalı, mövcud infrastrukturun təkmilləşdirilməsi, yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlərə start verməlidir.

Anar Salehoğlu,

İctimai-siyasi fəal

Bakıvaxtı.az


SON XƏBƏRLƏR