• Bakı 19° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Təcili yardım çağırdı, "miqalkanı niyə yandırmamısınız" dedi... - Cərimə edildi

HADİSƏ

10 Sentyabr 2024 | 16:00

Təcili yardım çağırdı, miqalkanı niyə yandırmamısınız dedi... - Cərimə edildi

Qobustan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım həkimini söyən pasiyent cəzalandırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü B.N. avqustun 28-də səhhətində yaranan problemlə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə zəng vuraraq həkim çağırıb. 

B.N.-yı müayinə etmək üçün həkim Aytən Şərifova çağırış briqadası ilə Çalov kəndinə gedib. Həmin şəxs dayanacaqda onların maşınını dayandıraraq, "məni xəstəxanaya aparın" deyib və sonra isə "miqalkanı niyə yandırmamısınız" deyərək onların üstünə qışqırıb. 

Həkim Aytən Şərifova pasiyenti sakitləşdirib və təcili tibbi yardımla onu Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxananın həyətində pasiynet yenidən həkimlə mübahisə etməyə başlayıb. 

4 sentyabr 2024-cü il İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə B.N barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

B.N əməlindən peşman olduğu üçün məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 100 məbləğində inzibati cərimə olunub. 


SON XƏBƏRLƏR