• Bakı 20° C

    8.82 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

146 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

HADİSƏ

10 Oktyabr 2024 | 14:52

146 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib.

Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 min 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

Məlumatda faktlarla bağlı cinayət işlərinin başlandığı, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirlərinin seçildiyi qeyd edilib. 

 


SON XƏBƏRLƏR

31 May 2025