• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Göyçayda və Sabirabadda ev yandı

HADİSƏ

08 Noyabr 2024 | 19:25 | Müəllif: Subhan Mahmudov

Göyçayda və Sabirabadda ev yandı

Sabirabadda və Göyçayda fərqli yaşayış evlərində yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sabirabad rayonunun Hacıbəbir kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Göyçay rayonunun Bığır kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Oktyabr 2026