• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təhsil kreditləri kimlərə verilir? - Nazir müavinindən açıqlama

CƏMİYYƏT

25 Noyabr 2021 | 12:32 | Müəllif: Subhan Mahmudov

Təhsil kreditləri kimlərə verilir? - Nazir müavinindən açıqlama

Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək:

"Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.

Kreditin iki növü var. Bunlar standart və sosialdır", - İ.İsayev əlavə edib.

Sosial kreditlər sosial həssas qruplara veriləcək:

Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlərlə

Valideynləri işsiz olanlar,
1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar,
yaşa görə əmək pensiyası alanlar,
yaşa görə sosial müavinət alanlar

Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026