Yeni ili qarşılamağımıza sayılı günlər qalıb. Bürcsevərlər üçün 2022-ci ilin ən şanslı bürclərinin hansılar olacağını araşdırdıq. Bürcünüz siyahıda yoxdursa, ümidinizi itirməyin və şansınızı özünüz yaradın.
Bakıvaxtı.az yeni ilin şanslı bürclərini təqdim edir:
Qoç - 2022-ci ildə Qoç bürclərinin bəxtlərinin gətirdiyi mövzu sevgi olacaq! Uzun illər tənhalığınızı, münasibətlərdə arzuladığınız sülhü və sevgini hiss edə bilmədiyiniz bütün prosesi geridə qoymağa hazırsınızmı? 2022-ci ildə nə istədiyinizi indi daha yaxşı biləcəksiniz. O qədər ki, hətta sevgi ilə bağlı seçimlər etməli ola bilərsiniz. Sözsüz ki, haqqında danışdığımız bu şans gəlib sizi həyatınızın ən tənha guşələrində tapmayacaq. Bütün cazibədar Qoç enerjinizlə sosial mühitlərə girdiyiniz, yeni insanlarla tanış olduğunuz və il boyu əyləncə qapılarını açdığınız müddətcə Eros sizin tərəfinizdə olacaq.
Xərçəng - Həyatın bütün sahələrində şans qapınızı açmağa hazır olun, əziz Xərçənglər.Çünki ilin sonunda siz 2022-ci il üçün "əla il oldu" deyəcəksiniz. Astroloqlar 2021-ci ilin dalğaları və problemlərinin 2022-ci ildə həll olunacağını müjdələyirlər. Sahib olduğunuz bütün əlaqələrin daha da dərinləşdiyi və gücləndiyi bu ildə həyatınıza yeniliklər əlavə etmək üçün mükəmməl bir aura ilə təchiz olunacaqsınız. Həm iş, həm də sosial mühitlərdə əlaqələrinizi gücləndirəcəyiniz bir il sizi gözləyir. Qeyd etmişdik ki, bu il həm də ruh yoldaşınızla görüşmək imkanı var? Bəli, bu il ruh ekinizi tapacaqsınız.
Şir - 2022 şirlər üçün dinamik bir il olacaq! Bu dinamiklik həyatınıza gözəllik qatmaq üçün əlverişli olacaq. Bu il karyeranızı qurmaq üçün ilk addımları ata bilərsiniz. Lazım olan səy və fədakarlığı göstərdiyiniz müddətcə üzünüzə heç bir qapı bağlanmayacaq. Xüsusilə ilin ilk yarısında sevgi ilə bağlı ümidlərinizi artıracaq inkişaflar yaşaya bilərsiniz.
Balıq - 2022-ci ilin ən şanslı bürcləri arasında Balıqlar da yer alır. Yupiter 9 dekabr 2021-ci il - 11 may 2022-ci il tarixləri arasında, sonra isə 28 oktyabr 2022-ci ildən 20 dekabr 2022-ci ilə kimi Balıqlar bürcü üçün əlverişli olacaq. Bu trixlər təkcə Balıqlar üçün deyil, digər su bürcləri olan Əqrəb və Xərçəng üçün də yaxşı enerjilər gətirəcək. Bütün bu mərhələlərə nəzər saldıqda ilin çox hissəsini bəxtlə silahlanmış keçirəcəyini söyləmək mümkündür. Münasibətlərdə və karyerada yeni başlanğıclar Yupiter qurşağında sizə təsir edə bilər. Çox yönlü inkişafa açıq olacaqsınız. Almaq istədiyiniz təlimləri keçərək karyeranızı dəstəkləmək üçün addımlar ata bilərsiniz. 2022-ci ildə yeni dostlar qazanacaqsınız. Həmçinin ilin ortasında eşq qapınız sevgi planetinin tranziti ilə aktivləşəcək. Bu müddətdə nazlı tərəfinizi ortaya çıxararaq yeni bir əlaqəyə addım ata bilərsiniz.
Əqrəb - Yupiterin Balıqlar bürcünə təsiri də Əqrəblər üçün xoşbəxt enerjilər daşıyacaq. Aprelin ortalarından etibarən həyatınızda sabit əlaqələr yaratmağa hazır hiss edəcəksiniz. Əgər artıq sevgi münasibətiniz varsa, bu aylar ərzində onu monoqam əlaqəyə köçürmək istəyə bilərsiniz, bəlkə də münasibətlərinizi daha rəsmi əlaqələrlə gücləndirə bilərsiniz. Münasibətlərinizdəki bu dinc inkişaflar həyatınız boyu sizə təsir edəcək. Sizə güvənən, inanan və dəstəkləyən bir tərəfdaşın varlığı ilə güclənmiş hiss edə bilərsiniz. May ayından sonra maddi məsələlərlə bağlı yeni planlar qurmağa başlayacaqsınız. Bu, haradansa gözlədiyiniz pulu əldə etmək və ya daha yaxşı şərtlərlə başqa işə keçmək ola bilər. Nə olursa olsun, iplər mütləq sizin əlinizdə olacaq.
Tərəzi - 2022 Tərəzilər üçün fürsət ili olacaq! Cəsarətiniz və özünə inamınız sayəsində yeni addımlar atmaqdan çəkinməyəcəyiniz bir ili qarşılayacaqsınız. 2021 hər halda sizin üçün pis il olmadı. Bu il atdığınız addımların bəhrələrini toplamağa başlayacaqsınız. Xəyallarınızı xatırlayacaq, etmək istədiyinizi təcəssüm etdirəcək və bir plan təyin edərək ona doğru irəliləyəcəksiniz. Yeni təşəbbüslərlə dəstəkləndiyiniz bir il olacaq. Tərəzilər üçün 2022-ci il zənginlik və karyerada daha yüksək nöqtə desək, səhv olmaz! Özünüzə verməli olduğunuz sual "bütün bu anlarda yanımda kimin olmasını istəyirəm?" olacaq. Dəstəyini hər zaman hiss etdiyiniz həqiqi dostlarınızın və xoşbəxt sevginizin yanında olduğunuz müddətcə 2022 mütləq üzünüzə güləcək!
Nuranə Daxilqızı
















