• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sağlamlıq üçün müntəzəm nəbzimizi ölçək

CƏMİYYƏT

24 Yanvar 2022 | 05:54 | Müəllif: Qalib İbrahimoğlu

Sağlamlıq üçün müntəzəm nəbzimizi ölçək

Nəbz ürəyin 1 dəqiqə ərzində neçə dəfə vurduğunu göstərən ritmik zərbədir.

 Bakıvaxtı.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, nəbz sayı normal və sağlam bir insan üçün 60-100 arasında dəyişir.

Nəbzin dəqiq ölçülməsi üçün ən yaxşı vaxt səhər yuxudan oyanan kimi, yaxud gündüz saat 11-13 saatları arasındadır. Nəbzinizin aşağı, ya da yüksək olduğunu özünüz ölçə bilərsiniz.

Ancaq bir nəticə almaq üçün mütəxəssislər bir neçə gün, günün fərqli saatlarında nəbzi ölçməyi məsləhət görür.

Nəbz sayı, ürəyin dəqiqə içərisində neçə dəfə hərəkət etdiyini göstərir (aztibb.az). Nəbz vurğularının sayı dəqiqədə 100-dən artıq və ya 50-dən az olarsa bu orqanizmdə, xüsusilə ürəyin fəaliyyətində ciddi problemlərdən xəbər verir.

Bəs nəbz artımının səbəbləri nələrdir?

Qorxu və stress

Yorğunluq və halsızlıq

Spirtli içki

Qızdırma

 Sıx və yorucu fiziki fəaliyyət və ya məşq

 Müntəzəm olaraq nəbzinizi yoxlayın ki, sağlamlığınızın nəbzini tuta biləsiniz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR