• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu içki qarın piylərini əridir  - Özün hazırla 

CƏMİYYƏT

22 Fevral 2022 | 23:32 | Müəllif: Qalib İbrahimoğlu

Bu içki qarın piylərini əridir - Özün hazırla

Visserial piylənmə qarın və bel nahiyəsində əmələ gələn piy qatıdır.

Bakıvaxtı.az xəbər verir ki, Britaniyanın Daily Express saytı bu piyləri əridəcək sadə içkini açıqlayıb.

Hormonal pozuntu, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma səbəbindən gənclərdə bu hissə çox tez piylənir və orqanizm üçün təhlükəlidir.

Ona görə visserial yağları əritmək mütləqdir.

Çünki bu piy toksiki maddə hasil edərək, daxili orqanlarda iltihab yaradır.

Britaniya alimləri bunun üçün almalı içkinin təsir etdiyini açıqlayıb.

Çünki bu içkidə polifenollar çoxdur.

Eksperimentdə 124 nəfər könüllü iştirak edib. Onların hamısının visserial piylənməsi var idi.

İştirakçılar 2 qrupa bölünüb.

Bir qrupa 12 həftə ərzində hər gün almalı içki verilib, digər qrupa isə plasebo.

8 həftədən sonra hər gün meyvə içkisi içənlərin bel və qarın ölçüsündə azalma qeydə alınıb.

Almalı içki dedikdə ya almanı dilimləyib çay kimi dəmləmək, ya da almaları suya qatıb bir müddət saxlamaq nəzərdə tutulur. Eləcə də şəkərsiz alma şirəsi də içə bilərsiz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR