• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi

CƏMİYYƏT

24 Mart 2022 | 18:20 | Müəllif: Subhan Mahmudov

Bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri - 1994-cü il təvəllüdlü Asya Əli qızı Babayeva, 2014-cü il təvəllüdlü Rüstəm Asim oğlu Babayev və onun qardaşı, 2015-ci iltəvəllüdlü Sinan Asim oğlu Babayev evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR