• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Metroda nasazlıq: Sərnişinlər qatardan düşürüldü

CƏMİYYƏT

23 Aprel 2022 | 13:17 | Müəllif: Subhan Mahmudov

Metroda nasazlıq: Sərnişinlər qatardan düşürüldü

Bakı Metropoliteninin "28 May" stansiyasında nasazlıq yaranıb.

Bu barədə Bakıvaxtı.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, nasazlıq Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarda qeydə alınıb:

"Sərnişinlər qatardan düşürülüb. Köməkçi qatar verilib. Təlimat qaydalarına uyğun olaraq sərnişinlər həmin qatardan da düşürülüb. Qatar xətdən çıxarılıb. Bu səbəbdən xətdə təxminən 12 dəqiqəlik gecikmə yaranıb. Qatarlar arası interval isə qorunub-saxlanılıb", - deyə B.Məmmədov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026