Bu gün IX sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçirilib.
Bu barədə Bakılvaxtı.az-a DİM-dən bildirilib.
Qeyd olunub ki, ilkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Aytac Aslan
















