• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda  məşhur tikililər qırmızı rənglə işıqlandırıldı

CƏMİYYƏT

24 Mart 2022 | 22:00 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda məşhur tikililər qırmızı rənglə işıqlandırıldı

Bu gün saat 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikilisi, o cümlədən Qız Qalası qırmızı rənglə işıqlandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir.

Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların qırmızı rəngə boyanması aksiyası keçirilir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunub.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR