• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Polis reyd keçirdi, 35 sürücü cərimələndi

CƏMİYYƏT

23 Aprel 2022 | 20:51 | Müəllif: Subhan Mahmudov

Polis reyd keçirdi, 35 sürücü cərimələndi

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə reydlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb.Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

Ümumilikdə keçirilən tədbirlər zamanı standartlara cavab verməyən 35 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026