• Bakı 23° C

    9.63 m/s

  • USD - 1.7

    EUR - 1.7771

    RUB - 0.0321

Yeni yayılan virus Azərbaycan dilində belə yazılmalıdır

CƏMİYYƏT

23 May 2022 | 16:10

Yeni yayılan virus Azərbaycan dilində belə yazılmalıdır

Meymunçiçəyi sözünün düzgün yazılış forması müəyyənləşib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.

Qeyd olunub ki, yoluxucu virus olan meymunçiçəyi sözü dırnaqsız və bitişik yazılır.

Bildirilib ki, buna misal kimi, tibbi termin olaraq suçiçəyi sözü də həmişə bitişik yazılıb.

Qeyd edək ki, son günlər dünyanın bir neçə ölkəsində meymunçiçəyi virusu sürətlə yayılmaqda davam edir. Azərbaycan mətbuatında bununla bağlı məlumatlar dərc olunduqda virusun adı müxtəlif formalarda, əksər hallarda dırnaq içərisində və söz birləşməsi kimi yazılır.


SON XƏBƏRLƏR

30 Iyun 2022