• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

DİM və universitetlər rəsmi əməkdaşlıqla bağlı razılığa gəldi

CƏMİYYƏT

22 Iyun 2022 | 14:52

DİM və universitetlər rəsmi əməkdaşlıqla bağlı razılığa gəldi

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələri ilə rəsmi əməkdaşlığa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Dövlət İmtahan MərkəziAzərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.

Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub, həmçinin DİM tərəfindən keçirilən PMS imtahanları haqqında statistik məlumatlar təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.

Ramid İbrahimov


DİM və universitetlər rəsmi əməkdaşlıqla bağlı razılığa gəldiDİM və universitetlər rəsmi əməkdaşlıqla bağlı razılığa gəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026